Ğviniaşvili 1/4 finaldadır - Maisuradze Parisin Böyük Dəbilqəsindən kənarlaşdı
Bu gün Parisdə keçirilən Böyük Dəbilqə yarışlarında cüdo üzrə üç gürcü mübarizə aparır. Onlardan bir idmançı, Beka Ğviniaşvili (90 kq) ilk görüşdə qalib gədi. Beka gözəl atışla fransız Daniel Kerrollu bir neçə saniyə ərzində məğlub etdi.
Təəssüf ki, eyni çəkidə yarışan Luka Maisuradze turnirdən kənarlaşdırılaraq ev sahibi idmançıya uduzdu.
Xatırladaq ki, ötən gün Parisdə keçirilən Böyük Dəbilqə turnirində Laşa Şavdatuaşvili (73 kq) qızıl, Vaja Marqvelaşvili (66) və Caba Papinaşvili (60) isə, bürünc medal qazandılar.
İlkin görüşlər Tbilisi vaxtı ilə saat 14:00-da başladı, yekun blok isə, saat 20:00-da keçiriləcək.