Ğvareli munisipalitetində təcili yardım və yük maşınlarının toqquşması nəticəsində 4 nəfər xəsarət aldı
Ğvareli munisipalitetində təcili yardım və yük maşınlarının toqquşması nəticəsində 4 nəfər xəsarət aldı

Ğvareli munisipalitetinin Tsitskanaantser kəndində yol-nəqliyyat hadisəsi baş verdi.

Mövcud məlumata görə, Ğvarelinin təcili tibbi yardım maşını ilə “Ford” markalı yük maşınının toqquşması nəticəsində hər iki avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşdı.

Qəza nəticəsində 4 nəfər xəsarət aldı. Onların arasında təcili yardım həkimi və tibb bacısı da var.

Onlar Telavi xəstəxanasına yerləşdirildilər. Həkimlərin sözlərinə görə, xəsarət alan həkim və tibb bacısının səhhəti nisbətən ağırdır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.