Qürurlu bi amerikalı kimi yaşadım və öldüm - Senator Con Makkeyinin vida məktubu yayıldı
Con Makkeyinin yardımçısı amerikalı respublikalıların senatoru Con Makkeyinin vida məkubunu yaydı, hansı ki, CNN teleşirkəti tərəfindən yayınlandı.
“Bu Conun sözləridir” – Makkeyinin yardımçısı onun son məktubunu belə təqdim etdi.
“Mənim həmvətənlərim amerikalılara və xüsusi ilə də Arizonalılara, hansılar ki, mənə 60 il boyunca onlara həm bir əsgər formasında, həm də dövlət xidmətçisi kimi, xidmət etmək inkanını verdilər, böyük təşəkkürümü bildirirəm. Ölkəmə ləyaqətlə xidmət etməyə çalışdım. Mənim bəzi səhvlərim də oldu, ancaq inanıram ki, Amerikaya olan sevgim o yanlışları qapadacaq.
“Tez-tez hiss edirdim ki, bu dünyada çox bəxtli bir insanam. Bunu hətta ölməyə hazırlaşırkən belə deyirəm. Mən öz həyatımı sevirdim. Mən bir çox macəralar, dostluqlar yaşadım və 10 insan həyatına yetəcək qədər imtahanlardan keçdim, və bütün bunlar üçün həyatıma minnətdaram.
Təbii ki, mənim də digər insanlar kimi, bəzi peşmanlıqlarım var, ancaq həyatımın heç bir pis və ya yaxşı gününü bir digər insanın yaxşı günü ilə dəyişməzdim.
“Dünyada heç bir insanın mənimki qədər sevən bir həyat yoldaşı olmayıb və kimsə evladları ilə mənim qədər fəxr etməyib. Bunun üçün Amerikaya qarşı böyük borcum var çünki Amerikanın əsasları – azadlıq, bərabər hüquqluluq, hər bir insanın ləyaqətinə hörmət kimi bağlantıların olması insana, həyatın tez keçib gedən digər həzzlərindən dəfələrlə böyük xöşbəxtlik verir.
Müasir amerikalılar – bu bağlantılar mənim üçün digər şeylərdən daha önəmli idi. Biz dünyanın ən böyük respublikasının vətəndaşlarıyıq. Biz qan və torpağın deyil, idealların insanlarıyıq və ideallarımızı gücləndirməyə çalışırıq. Biz tiraniya və yoxsulluqdan xilas edərək, tarixdə ən çox insana yardım etmişik və bu proseslərdə öz firəvanlığımızı və gücümüzü tapdıq.
Mən qürur duyan bir amerikalı olaraq yaşadım və öldüm.
Əziz amerikalılara demək istəyirəm ki, bugün ölkəmizdə mövcud olan vəziyyət onları qırmasın və hər zaman Amerikanın böyüklüyünə və imkanlarına inansınlar. Amerikalılar heç bir zaman baş əyib, ruhdan düşmürlər. Biz tarix yaradırıq.
Elvida əziz həmvətəndaşlarım. Tanrı sizi və Amerikayı qorusun” – deyilir Makkeyinin son məktubunda.
Con Makkeyin avqustun 25-də, 81 yaşında vəfat etdi.