Gürcüstanın yığması bu gün Bolqarıstanla qarşılaşacaq - Birbaşa reportaj Birinci Kanalda #1TVSPORT
Bu gün Gürcüstanın milli futbol yığması Dünya Çempionatının seçmə mərhələsinin son oyununu Sofiyada Bolqarıstanın yığmasına qarşı keçirəcək. Görüş saat 23:45-də başlayacaq, birbaşa reportajı Gürcüstanın Birinci Kanalı və Birinci Kanal İdman sizlərə təqdim edəcək.
Qarşılıqlı görüşlər
Gürcüstan Bolqarıstanın yığması ilə 1994-cü ildən sonra doqquz dəfə qarşılaşıb. Əgər tarixin əvvəlində üstünlük bolqarların tərəfində idisə, son illərdə Gürcüstanın daha yaxşı nəticələri var.
Komandamız rəqibinə üç dəfə qalib gəlib, iki oyun heç-heçə oynayıb və dörd oyunda isə məğlub olub.
Bu gün qalib gələcəyi təqdirdə, “Xaçlılar” bolqarlarla ümumi hesabı bərabərləşdirəcəklər.

Şərh
Gürcüstanın yığmasının məşqçisi Vili Sanioli:
“Turnir baxımından bu oyun, ola bilsin, heç nəyi həll etmir, lakin vacib rəsmi oyundur və qələbə istəyirik, bu səbəbdən heyətdə eksperimentlər olmayacaq. Hər növbəti görüşdə daha yaxşı oynamaq istəyirik. Dünyada futbol belədir, bəzən sevinc gətirir, bəzən də məyusluq”.
Bolqarıstanın yığmasının məşqçisi Aleksandr Dimitrov:
“Gürcüstanın çox yaxşı və yüksək səviyyəli futbolçuları var, onlara qarşı maksimal şəkildə güc sərf etməliyik. Bu seçmə mərhələni layiqincə bitirmək üçün hər şeyi edəcəyik”.
Turnir vəziyyəti
Qrupumuzda son tur öncəsi vəziyyət belədir: 15 xalla İspaniya birinci yerdədir, Türkiyənin 12 xalı var və ikinci yerdədir, Gürcüstan üçüncü yerdədir (3 xal), Bolqarıstan – dördüncü yerdədir (0 xal). Qrupun qalibi Dünya Çempionatına çıxır, ikinci yeri tutan isə pley-offda oynayacaq.