Gürcüstanın Xarici İşlər Nazirliyi - Xarici dövlətlər tərəfindən suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxilə cəhdləri qəbuledilməzdir
Gürcüstanın Xarici İşlər Nazirliyi - Xarici dövlətlər tərəfindən suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxilə cəhdləri qəbuledilməzdir

 
Gürcüstanın Xarici İşlər Nazirliyi Gürcüstanın milli maraqlarının keşiyində qətiyyətlə dayanır və Gürcüstan Konstitusiyası ilə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsinə xidmət edir – bu haqda Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xarici İşlər Nazirliyində dedikləri kimi, Gürcüstanın Xarici İşlər Nazirliyi Gürcüstanın diplomatik xidmətinə qarşı edilmiş təzyiqləri və sabotaj çağırışlarını pisləyir.

“Xarici dövlətlər tərəfindən suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxilə cəhdləri qəbuledilməzdir. Gürcüstan hakimiyyəti Avropa İttifaqına inteqrasiya prosesində namizəd statusu almamışdan əvvəl də Dərin və Hərtərəfli Azad Ticarət Sazişi də daxil olmaqla Avropa İttifaqı ilə imzalanmış Assosiasiya Sazişini vicdanla yerinə yetirirdi. Müvafiq olaraq, Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə Assosiasiya Sazişinə əsaslanmış Avropa İttifaqına dönməz inteqrasiya prosesini qətiyyətlə davam etdirəcək, bu da ölkəyə gələcəkdə Avropa İttifaqına üzvlük danışıqlarının sürətlə aparılmasına daha yaxşı hazırlaşmaq imkanı verəcək. Avropa İttifaqı bu vaxtadək Gürcüstanla üzvlük danışıqlarının başlaması ilə bağlı qərar qəbul etməyib, müvafiq olaraq Gürcüstan hakimiyyəti tərəfindən Avropa İttifaqı ilə danışıqların dayandırılması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil. Gürcüstan hakimiyyətinin 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük danışıqlarının açılması məsələsini Avropa İttifaqı ilə münasibətlərin gündəliyinə salmamaq və Avropa İttifaqının büdcə qrantlarından imtina etmək qərarı Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesinin dayandırılması demək deyil və sözügedən məsələ ilə bağlı davam edən zərərli spekulyasiyaların qarşısını almağa xidmət edir” – bəyanatda deyilir.