Gürcüstanın Xarici İşlər Nazirliyi Qratsdakı məktəbə hücumla bağlı Avstriyaya həmrəylik ifadə edir
Gürcüstanın Xarici İşlər Nazirliyi Qratsdakı məktəbə hücumla bağlı Avstriyaya həmrəylik ifadə edir

Gürcüstanın Xarici İşlər Nazirliyi Avstriyanın Qrats şəhərində məktəbə edilmiş silahlı hücumla əlaqədar Avstriyaya həmrəylik bildirir.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi tərəfindən sosial şəbəkə X-də yayımlanmış bəyanatda qeyd olunur:

“Avstriyanın Qrats şəhərində məktəbdə baş vermiş atışma bizi dərin şəkildə sarsıtdı. Fikirlərimiz bu ağır dönəmdə qurbanlarla, onların ailələri və Avstriya xalqı ilədir. Avstriyaya həmrəylik bildiririk və bütün yaralılara tezliklə və tam sağalma arzu edirik,” – deyə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Avstriyanın ikinci ən böyük şəhəri olan Qratsda məktəbə edilmiş silahlı hücum səbəbilə ölkədə üç günlük matəm elan olunub.

Son məlumata görə, hücum nəticəsində doqquz nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. Hücum edən şəxs Qratsda yaşayan 21 yaşlı avstriyalı kişidir. O, həmin məktəbin keçmiş şagirdi olub, lakin təhsilini başa çatdırmayıb. Hadisədən sonra o, məktəbin tualetində intihar edib.