Gürcüstanın Xarici İşlər Nazirliyi – Nepal və Çində dağıdıcı daşqına görə kədərimizi ifadə edir, itkin düşmüş şəxslərin ailələrinə və zərər çəkən bütün insanlara başsağlığı veririk

17:22, 27.08.2026

 

Gürcüstanın Xarici İşlər Nazirliyi Nepal və Çində insan tələfatı ilə nəticələnən daşqına görə kədərini ifadə edir.

Bu barədə xarici işlər nazirliyinin “X” sosial şəbəkəsində yayılan paylaşımda qeyd olunub.

“Nepal və Çin Xalq Respublikasında baş verən dağıdıcı daşqına görə dərin kədərimizi ifadə edirik. İtkin düşmüş şəxslərin ailələrinə və bu faciə nəticəsində zərər çəkən bütün insanlara səmimi qəlbdən başsağlığı veririk. Xəsarət alanların tezliklə şəfa tapmasını diləyir, cari xilasetmə əməliyyatları və zərərçəkənlərə kömək etmək üçün yorulmadan çalışan hər kəslə həmrəyliyimizi bildiririk” – Gürcüstanın Xarici İşlər Nazirliyində bəyan edirlər.

Nepal polisinin son məlumatlarına əsasən, daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 270-i aşıb, 1000-dən çox insan isə bu vaxta qədər itkin düşmüş hesab olunur.

Oxşar