Gürcüstanın vitse-baş naziri Mariam Kvrivişvili Azərbaycan Respublikasına rəsmi səfərə yollanıb

13:46, 17.11.2026

 

Gürcüstanın vitse-baş naziri, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcəyi Azərbaycan Respublikasına rəsmi səfərə yollanıb.

İqtisadiyyat Nazirliyi, səfər çərçivəsində Gürcüstanın vitse-baş nazirinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünün planlaşdırıldığına dair məlumat verir. Mariam Kvrivişvili həmçinin baş nazir Əli Əsədovla görüşəcək. Səfər çərçivəsində sahəvi nazirlər ilə görüşlər keçiriləcək.

Bununla yanaşı, görüşlər çərçivəsində tərəflər iki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlıq məsələlərini, cari və planlaşdırılan birgə layihələri, eləcə də strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə edəcəklər.

Mariam Kvrivişvili Azərbaycana nümayəndə heyəti ilə birlikdə səfər edib. Nümayəndə heyətinin tərkibinə iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavinləri Qenadi Arveladze və İnqa Pxaladze, eləcə də “Gürcüstan Dövlət Elektrik Sistemi”nin baş direktoru Davit Vardiaşvili və təhlükəsizlik və monitorinq məsələləri üzrə direktoru Levan Tsxvediani daxildir.

Oxşar