Gürcüstanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri etimadnaməsini Türkiyə Prezidentinə təqdim edib
Gürcüstanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri etimadnaməsini Türkiyə Prezidentinə təqdim edib

 

2025-ci ilin mayın 1-də Gürcüstanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandia etimadnaməsini Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Türkiyə Prezidenti sarayında etimadnamələrin rəsmi təqdimat mərasimi keçirilib.

“Mərasim başa çatdıqdan sonra Gürcüstan səfiri ilə Türkiyə Respublikasının Prezidenti arasında keçirilən təkbətək görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq müzakirə edilib” – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında, prezident Ərdoğanın Gürcüstan səfirinə gələcək fəaliyyətində uğurlar arzuladığı deyilir.