Gürcüstanın su polosu yığması Rumıniyanı məğlub edib və dünya çempionatının 1/4 finalında oynayacaq #1TVSPORT
Gürcüstanın su polosu yığması Rumıniyanı məğlub edib və dünya çempionatının 1/4 finalında oynayacaq #1TVSPORT

 
Gürcüstanın su polosu yığması Dünya Çempionatının krossoverində Rumıniyaya qarşı oynayıb. Qarşılaşmadan əvvəl rumıniyalılar favorit hesab olunurdu, lakin komandamız elə ilk dəqiqələrdən hesabda üstünlüyə nail oldu və qarşılaşma rumıniyalılara irəliləmək şansı vermədən başa çatdı. Yekun olaraq 23:12 Gürcüstan yığmasının xeyrinə.

1/4 finalda yunan məşqçi Kaçiqiasın çalışdırdığı komanda turnirin favoritlərindən olan Macarıstana qarşı oynayacaq. Qarşılaşma yanvarın 10-da keçiriləcək.

Dadvani və Axvlediani hərəyə 7 qolla bombardirliyi bölüşdülər. Rumıniyalı Qeorqesku qarşılaşmanı 5 qolla başa vurdu.

Komandalar 1/4 finalda belə cütləşiblər:

16:30 Macarıstan-Gürcüstan

18:00 Yunanıstan-Yaponiya

19:30 ABŞ-Monteneqro

21:00 Xorvatiya-İspaniya

Oyunlar yanvarın 10-da keçiriləcək.