Gürcüstan səfiri Giorgi Saqanelidze Ermənistanın baş nazirliyinə namizəd Nikol Paşinyanla görüşdü
Gürcüstanın Ermənistan Respublikasındaki fövqəladə və səlahiyyətli səfiri Giorgi Saqanelidze Ermənistanın müxalifət lideri Nikol Paşinyanla görüşdü.
Görüş mayın 3-də baş tutdu.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Ermənistanın Milli İclasında Paşinyanın təşəbbüsü ilə keçirildi.
“Görüş zamanı Gürcüstan-Ermənistan arasında mövcud olan ənənəvi qonşuluq siyasəti müzakirə olundu.
Nikol Paşinyanın bəyanatına görə, Ermənistanın baş naziri vəzifəsinə seçildiyi təqdirdə, o Gürcüstanla dostluq əlaqələrini daha da dərinləşdirmək üçün hazırdır” – deyilir Xarici İşlər Nazirliyinin məlumatında.