Gürcüstanın Qazaxıstandakı Səfirliyinin məlumatına görə, bu gün Kutaisi-Nur-Sultan reysi ilə ölkəyə üç Gürcüstan vətəndaşı qayıdacaq
Gürcüstanın Qazaxıstandakı Səfirliyinin məlumatına görə, bu gün Kutaisi-Nur-Sultan reysi ilə ölkəyə üç Gürcüstan vətəndaşı qayıdacaq. Bu barədə Gürcüstanın Birinci Kanalına Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat vrdilər.
“Qazaxıstanda gedən prosesləri nəzərə alaraq, əlavə olaraq məlumat veririk ki, Gürcüstanın Qazaxıstan Respublikasındakı Səfirliyi Gürcüstan vətəndaşları ilə fəal əlaqədədir. Bu vaxt üçün Səfirliyin olduğu məlumata görə, bu gün “FlyArystan” şirkətinin Kutaisi-Nur-Sultan istiqamətində planlaşdırdığı reyslə üç Gürcüstan vətəndaşı vətənə qayıdacaq. Əgər Aktau istiqamətilə uçuş həyata keçirildisə, bu vaxta üçün vətənə qayıtmağı 60 Gürcüstan vətəndaşı planlaşdırır.
Xatırladaq ki, Gürcüstanın Qazaxıstandakı səfirliyi adi rejimdə işini davam etdirir, qaynar xətt fəaliyyətə başlayıb və Gürcüstan vətəndaşları +7 (717) 224-32-58 nömrəsinə zəng edə bilərlər. Bununla yanaşı, Qazaxıstanda internet və telefon əlaqəsinin kəsilməsi ilə əlaqədar, vətəndaşlar qaynar xəttə qoşula bilməsələr , [email protected] elektron poçt ünvanına mesaj göndərə bilərlər”, – Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirlər.