Gürcüstanın Prezidenti daxili işlər nazirini və polisin digər rəhbər şəxslərini Şərəf ordeni ilə təltif edib
Gürcüstanın Prezidenti Mixeil Ğavelaşvili baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvilinin birgə təqdimatı əsasında vitse baş nazir, daxili işlər naziri, general-polkovnik Vaxtanq Qomelaurini və polisin digər rəhbər şəxslərini Şərəf ordeni ilə təltif edib.
Qanunun və asayişin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə Daxili İşlər Nazirliyinin nümayəndələrinə Gürcüstanın Dövlət Mükafatı Prezident Sarayında təqdim edilib.
Mixeil Ğavelaşvili hər bir polis əməkdaşına ölkə qarşısında xidmətlərinə görə təşəkkür edib və qeyd edib ki, güclü gürcü polisi güclü dövlətin rəmzidir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili Daxili İşlər Nazirliyinin rəhbər şəxslərini mükafat almaları münasibətilə təbrik ediblər.
Mükafatlandırma mərasiminin sonunda Gürcüstanın vitse-baş naziri və daxili işlər naziri Vaxtanq Qomelauri xidmətlərinin qiymətləndirildiyinə görə Gürcüstanın Prezidentinə, baş nazirinə və parlamentin sədrinə minnətdarlığını bildirib və əməkdaşları dövlət mükafatı – Şərəf ordeni almaları münasibətilə təbrik edib.
Qanunun və asayişin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə Gürcüstanın Dövlət Mükafatı – Şərəf ordeni ilə təltif ediliblər: Gürcüstanın daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Şalva Bedoidze; Gürcüstanın daxili işlər nazirinin müavini, polis general-mayoru İoseb Celidze; Gürcüstanın daxili işlər nazirinin müavini, polis polkovniki Qiorqi Butxuzi; Gürcüstanın daxili işlər nazirinin müavini, polis polkovniki Aleksandre Daraxvelidze; Gürcüstanın Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktoru, polis polkovniki Zviad Xarazişvili; Gürcüstanın Daxili İşlər Nazirliynin Tbilisi Şəhər Polis Şöbəsinin direktoru, polis polkovniki Sulxan Tamazaşvili; Gürcüstanın Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin direktoru, polis polkovniki Vaja Siradze; Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru, polis polkovniki Teimuraz Kupatadze; Gürcüstanın Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktor müavini, polis polkovniki Mileri Laqazauri və Gürcüstanın Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktor müavini, polis polkovniki Mirza Kezevadze.