Gürcüstanın parlament nümayəndə heyəti "Quincy Institute" analitik mərkəzinin direktoru ilə görüşüb
Gürcüstanın parlament nümayəndə heyəti "Quincy Institute" analitik mərkəzinin direktoru ilə görüşüb

 

Amerika Birləşmiş Ştatlarına səfər çərçivəsində Gürcüstanın parlament nümayəndə heyətinin üzvləri “Quincy Institute” analitik mərkəzinin direktoru Anatol Liven və institutun tədqiqatçıları ilə görüşüblər.

Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə Amerika Birləşmiş Ştatlarının yeni administrasiyasının Cənubi Qafqaz regionu da daxil olmaqla, xarici siyasəti haqqında danışıblar.

“Tərəflər Yaxın Şərqdəki cari hadisələri müzakirə ediblər.

Görüş zamanı Rusiya-Ukrayna müharibəsi və Amerika Birləşmiş Ştatlarının administrasiyasının ona yanaşmalarına toxunulub.

Gürcüstanda cari proseslər söhbətin mövzusu olub. Diqqət Gürcüstanın təhlükəsizlik çağırışlarına, o cümlədən xarici müdaxilə cəhdləri və faktlarına yönəldilib.

Həmçinin, tərəflər Orta Dəhlizin inkişaf perspektivləri və Amerika Birləşmiş Ştatlarının yeni administrasiyasının bununla əlaqədar baxışı haqqında danışıblar” – Gürcüstan Parlamentinin məlumatında deyilir.

Parlament nümayəndə heyətinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze rəhbərlik edir.

Nümayəndə heyətinin tərkibinə daxildir: Təhsil, Elm və Gənclər İşləri Komitəsinin sədri Mariam Laşxi, Avropaya İnteqrasiya Komitəsinin üzvü Lika Şartava və “Xalqın Gücü”ndən parlament müxalifətinin nümayəndəsi Eka Sepaşvili.