Gürcüstanın paracüdo yığması Avropa çempionu olub #1TVSPORT
Gürcüstanın paracüdo yığması Avropa çempionu olub #1TVSPORT

Gürcüstanın paracüdo yığması Avropa çempionatını tarixi nəticə ilə başa vurub. Gürcü paracüdoçular komanda yarışında ilk dəfə qitə birinciliyinin çempionu olublar.

Ümumilikdə, Tbilisi 2025 Avropa çempionatında Gürcüstan yığmasının aktivində on medal var – dörd qızıl, iki gümüş və dörd bürünc.

Paracüdoda Avropa çempionatı Gürcüstan Paralimpik Komitəsinin təşkilatçılığı ilə keçirilib.