Gürcüstanın OneClick Airways aviaşirkəti Təl-Əviv istiqamətində həftədə iki dəfə birbaşa reyslər həyata keçirəcək

12:42, 10.07.2026

Gürcüstanın OneClick Airways aviaşirkəti Tbilisi Beynəlxalq Hava Limanından müntəzəm reyslər həyata keçirməyə başlayıb.

Bu barədə Tbilisi və Batumi beynəlxalq hava limanlarının idarəedici şirkəti “TAV Georgia” məlumat yayıb.

Şirkətin məlumatına görə, aviaşirkət Gürcüstan və İsrailin paytaxtları arasında birbaşa uçuşları həftədə iki dəfə həyata keçirəcək.

“Təl-Əviv – Tbilisi reysləri hər cümə axşamı və bazar günü, Tbilisi – Təl-Əviv reysləri isə hər bazar ertəsi və cümə günü yerinə yetiriləcək. OneClick Airways aviaşirkəti İsrailin paytaxtından Tbilisiyə Boeing 737 tipli təyyarə ilə ilk sərnişinlərini artıq gətirib. Tbilisi və Batumi hava limanlarının idarəedici şirkəti “TAV Georgia”nın təşkilatçılığı ilə ilk reysin qarşılanması ilə bağlı simvolik tədbir keçirilib”, – deyə məlumatda bildirilib.

Oxşar