Gürcüstanın Müstəqillik Günü münasibətilə Haaqadakı Böyük Katedralın zəng qülləsində Gürcüstanın dövlət himni və müxtəlif gürcü kompozisiyaları səsləndirilib
Gürcüstanın Müstəqillik Günü münasibətilə Haaqadakı Böyük Katedralın zəng qülləsində Gürcüstanın dövlət himni və müxtəlif gürcü kompozisiyaları səsləndirilib

Gürcüstanın Müstəqillik Günü Niderlandda, Böyük Haaqa Katedralının zəng qülləsinin yaxınlığında qeyd edilib. Müvafiq məlumat və videoçarx Gürcüstanın Niderlanddakı səfirliyi tərəfindən yayılıb.

“2023-cü ilin mayın 26-da Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar Böyük Haaqa Katedralının zəng qülləsində Gürcüstanın dövlət himni və müxtəlif tanınmış gürcü kompozisiyaları səsləndirilib.

Səfirliyin əməkdaşları və diaspor nümayəndələri Müstəqillik Gününü qeyd etmək üçün zəng qülləsinin ətrafındakı əraziyə toplaşıblar”, – səfirliyin məlumatında qeyd olunur.