Gürcüstanın Müstəqillik Günü Axalkalaki və Marneulidə təntənəli şəkildə qeyd olunub
Gürcüstanın Müstəqillik Günü Axalkalaki və Marneulidə təntənəli şəkildə qeyd olunub

 

Gürcüstanın Müstəqillik Günü Axalkalaki və Marneulidə təntənəli şəkildə qeyd olunub.

Dövlət Nazirinin Aparatının təşkilatçılığı ilə mərkəzi meydanlarda musiqili və teatrallaşdırılmış tamaşalar, idman aktivlikləri, müsabiqələr, uşaq tamaşaları, yerli ifaçıların, folklor və xoreoqrafiya ansambllarının konsertləri təşkil olunub.

Müstəqillik Gününə həsr olunmuş tədbirin kulminasiya nöqtəsində, saat 17:10-da şəhərlərdə Gürcüstanın himni təntənəli şəkildə ifa edilib.

Performansların müşayiəti ilə havaya minlərlə helium şarı buraxılıb. 26 Mayın qeyd olunması qala-konsertlə başa çatıb və burada dövlət himni ilə yanaşı, hamı üçün tanış olan kompozisiyalar səsləndirilib.

Məlumatı Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Aparatı yayır.