Gürcüstanın Müdafiə Qüvvələrinin hərbi qulluqçuları milli qəhrəman, kapral Zaza Damenianın xatirəsini yad ediblər
Gürcüstanın Müdafiə Qüvvələrinin hərbi qulluqçuları milli qəhrəman, kapral Zaza Damenianın xatirəsini yad ediblər

 
22 oktyabr Gürcüstanın milli qəhrəmanı, kapral Zaza Damenianın doğum günüdür. Bu gün onun 52 yaşı tamam olacaqdı.

Gürcüstanın Müdafiə Qüvvələrinin hərbi qulluqçuları milli qəhrəmanın xatirəsini yad ediblər və Ozurqetidə müharibədə həlak olanların adını daşıyan parkda yerləşən məzarını əklillə bəzyiblər.

Zaza Damenianın ailə üzvləri və munisipalitetin nümayəndələri də qəhrəmanın məzarı başında olublar.

Gürcüstanın milli qəhrəmanı, kapral Zaza Damenia 1972-ci ilin oktyabrın 22-də Ozurqeti şəhərində anadan olub. O, 1992-ci ildən Gürcüstanın Müdafiə Qüvvələrində xidmət edirdi, Abxaziyada döyüşüb. 2004-cü ilin avqustunda Sxinvali bölgəsində davam edən döyüş əməliyyatları zamanı kapral Zaza Damenia öz həyatı bahasına yoldaşlarını ölümdən xilas edib. Gürcüstanın milli qəhrəmanı səngərə düşən əl qumbarasının üzərinə atılıb və yoldaşlarını ölümdən xilas edib.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.