Gürcüstanın Müdafiə Nazirliyi hərbi qulluqçulara, qurumda işlə təmin olunmuş mülki şəxslərə və onların ailə üzvlərinə yeni sosial tipli güzəştlər təklif edir
Gürcüstanın Müdafiə Nazirliyi hərbi qulluqçulara, qurumda işlə təmin olunmuş mülki şəxslərə və onların ailə üzvlərinə yeni sosial tipli güzəştlər təklif edir

 

Mədəni-idrak inkişafın təşviqi, təhsil və idman-sağlamlıq xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması məqsədilə Müdafiə Nazirliyi qarşılıqlı əməkdaşlıq memorandumları imzalayıb.

Müdafiə nazirinin müavini Paata Patiaşvili və təşkilatların nümayəndələri sənədləri imzalayıblar. Memorandumlar çərçivəsində hərbi qulluqçular, qurumda işlə təmin olunmuş mülki şəxslər və onların ailə üzvləri təklif olunan xidmətlərdən güzəştli şərtlərlə istifadə imkanı qazanacaqlar.

Müdafiə Nazirliyi ilə “Mamulişvili” gürcü xalq rəqs ansamblı, qeyri-kommersiya hüquqi şəxs “Paskal” Robototexnika və Elektronika Məktəbi, “Cambridge Education House”, “Naio” Reabilitasiya Mərkəzi və Anakliadakı “Tetri Saxli” oteli ilə memorandum imzalanıb.

Memorandum çərçivəsində hərbi qulluqçular, qurumda işlə təmin olunmuş mülki şəxslər və onların ailə üzvlərinə qeyd olunan şirkətlərin xidmətlərindən güzəştli şərtlərlə istifadə imkanı verilir.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.