Gürcüstanın müdafiə nazirinin birinci müavini İtaliyada işgüzar səfərdədir
Gürcüstanın müdafiə nazirinin birinci müavini İtaliya Respublikasında işgüzar səfərdədir.
Romada Hərbi Dəniz Qüvvələri Sarayında keçirilən görüşdə Paata Patiaşvili italiyalı həmkarı Mateo Pereqo di Kremnaqo ilə Gürcüstan və İtaliya arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Görüşdə ikitərəfli əməkdaşlığın dinamikası və onun dərinləşdirilməsi perspektivləri haqqında danışıblar. Görüşdə ölkələr arasında dialoq və məsləhətləşmələrin yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyəti qeyd edildi, bu da mövcud tərəfdaşlığın və etimadın möhkəmləndirilməsinə kömək edəcək.
Regional təhlükəsizlik məsələləri və mövcud çağırışlara toxunuldu. Tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş mövzular üzərində işləməyə davam etmək barədə razılaşdılar. Səfər çərçivəsində nazirin birinci müavini həmçinin İtaliyanın ən böyük müdafiə sənayesi şirkəti olan “Leonardo S.p.A.”nı ziyarət edib.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.