Gürcüstanın müdafiə naziri Rammşteyn formatlı görüşdə iştirak edib
Gürcüstanın müdafiə naziri Rammşteyn formatlı görüşdə iştirak edib

Müdafiə naziri Irakli Çikovani Belçikada səfərdədir. O, Brüsseldə Rammşteyn formatlı 33-cü görüşdə iştirak edib.

NATO qərargahında keçirilən beynəlxalq qrupun görüşünə Birləşmiş Krallığın müdafiə dövlət katibi Con Hilli və Almaniyanın müdafiə naziri Boris Pistorius rəhbərlik ediblər.

Görüşdə NATO­nun baş katibi Mark Rutte və Ukraynanın müdafiə naziri Mixailo Fedorov çıxış ediblər.

Rammşteyn formatlı görüşdə alyansın üzv və tərəfdaş ölkələrin müdafiə nazirləri və yüksək rütbəli rəsmilər iştirak ediblər.

İştirakçılar Ukraynada davam edən müharibənin vəziyyətini müzakirə ediblər və hərbi yardıma olan tələbat barədə fikir mübadiləsi aparıblar.

Rammşteyn formatı 2022-ci ilin aprelində ABŞ-ın təşəbbüsü ilə yaradılıb. 2025-ci il fevralın 13-dən isə bu formatın koordinasiyası Birləşmiş Krallıq və Almaniya tərəfindən həyata keçirilir.

Bu barədə məlumat Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayımlanıb.