Gürcüstanın müdafiə naziri NATO-nun Müdafiə Ministerialınds iştirak edib

19:11, 16.03.2022

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Brüsseldə səfərdədir və burada müdafiə ministerialı səviyyəsində xüsusi görüşlər keçirilir. Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, NATO-nun mənzil-qərargahında Gürcüstan, Ukrayna, Finlandiya, İsveç və Aİ-nin müdafiə nazirlərinin iştirakı ilə Şimali Atlantika Şurasının iclası keçirilib. İclası NATO-nun baş katibi açıb. İens Stoltenberq Rusiyanın Ukraynaya müdaxiləsi və NATO sammitinə hazırlıq barədə danışıb. O, Rusiyanın Ukraynadakı hərəkətlərini bir daha pisləyib
Ukraynaya dəstəyin vacibliyini qeyd etdi.

Gürcüstanın müdafiə nazirinin sözlərinə görə, görüşdə təhlükəsizlik mühiti, o cümlədən Gürcüstanın Ukrayna ilə birlikdə üzləşdiyi çağırışlar müzakirə edilib. Onun sözlərinə görə, iclasda çıxış edənlər Gürcüstanın arzularını dəstəklədiklərini vurğulayıblar.

Oxşar