Gürcüstanın müdafiə naziri İrakli Çikovani Brüsseldə "Ramstein" formatının növbəti görüşündə iştirak edib
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Brüsseldə "Ramstein" formatının növbəti görüşündə iştirak edib

 

Gürcüstanın müdafiə naziri Belçika Krallığındadır. İrakli Çikovani Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun “Ramstein” formatında keçirilən 31-ci görüşündə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Almaniyanın müdafiə naziri Boris Pistorius və Birləşmiş Krallığın müdafiə məsələləri üzrə dövlət katibi Con Hili NATO-nun mənzil-qərargahında beynəlxalq qrupun görüşünə ev sahibliyi ediblər. Görüşdə Alyansa üzv və tərəfdaş ölkələrin müdafiə qurumlarının rəhbərləri və yüksək səviyyəli rəsmi şəxslər iştirak ediblər.

Bununla yanaşı, iclasın iştirakçıları Ukraynada davam edən müharibədəki vəziyyəti nəzərdən keçirib və hərbi yardım ehtiyaclarını müzakirə ediblər.

Müdafiə Nazirliyinin məlumatına əsasən, “Ramstein” formatı 2022-ci ilin aprelində Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə yaradılıb. 2025-ci ilin fevralın 13-dən isə Birləşmiş Krallıq Almaniya ilə birlikdə koordinasını həyata keçirir.