Gürcüstanın müdafiə naziri amerikalı konqresmenlərlə görüşüb. İrakli Çikovani Müdafiə Nazirliyində senator Can Şahini, konqresmen Mayk Törneri və nümayəndə heyətinin üzvlərini qəbul edib.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə tərəflər regional təhlükəsizlik məsələlərini və mövcud çağırışları müzakirə ediblər.
Söhbət zamanı Gürcüstan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın cari məsələlərinə toxunulub. Gürcüstan Müdafiə Qüvvələrinin qlobal təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsi qeyd edilib.
Müdafiə Nazirliyində keçirilən görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Robin Duniqan və ABŞ səfirliyinin nümayəndələri iştirak ediblər.