“Gürcüstanın Milli Statistika Xidməti” – Yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 8,3 faiz artıb

11:25, 14.09.2026

Milli Statistika Xidmətinin ilkin məlumatlarına görə, 2026-cı ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard 915,6 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz çoxdur. Qeyd edək ki, göstəriciyə bəyan edilməmiş ticarət daxil deyil.
“Gürcüstanın Milli Statistika Xidməti”nin məlumatına görə, hesabat dövründə ixrac 5 milyard 422,6 milyon ABŞ dolları olub. Bu, illik müqayisədə 22,1 faiz artım deməkdir.

İdxal isə 12 milyard 493 milyon ABŞ dolları təşkil edib və 3,3 faiz artıb.

2026-cı ilin yanvar-avqust aylarında mənfi ticarət saldosu 7 milyard 70,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici xarici ticarət dövriyyəsinin 39,5 faizinə bərabərdir.

Oxşar