Gürcüstanın Milli Statistika Xidməti : Mart ayında Gürcüstanın iqtisadiyyatı 10,7 faiz artıb

13:13, 30.04.2026

Gürcüstanın Milli Statistika Xidmətinin ilkin qiymətləndirməsinə görə, 2026-cı ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsul 10,7 faiz artıb. Birinci rüb üzrə orta real artım isə 9,1 faiz səviyyəsində müəyyən edilib.

Qurumun məlumatına əsasən, 2026-cı ilin martında artıma əsas töhfə verən sahələr bunlardır: emal sənayesi, informasiya və kommunikasiya, peşəkar, elmi və texniki fəaliyyətlər, mədənçıxarma sənayesi, tikinti, nəqliyyat və anbar təsərrüfatı.

Eyni zamanda, inzibati və yardımçı xidmətlər sektorunda, həmçinin mehmanxana və restoran sahəsində azalma tendensiyası qeydə alınıb.

Oxşar