Gürcüstanın Milli Qəhrəmanı Qiorqi Antsuxelidzenin doğum günü ilə əlaqədar 4-cü piyada briqadasının hərbçiləri Antsuxelidzenin ailə üzvləri ilə birlikdə onun xatirəsini yad ediblər

15:53, 18.08.2026

 

Gürcüstanın Milli Qəhrəmanı Qiorqi Antsuxelidzenin bu gün 42 yaşı tamam olacaqdı. Gürcüstan Müdafiə Qüvvələrinin 4-cü piyada briqadasının hərbi qulluqçuları və Qiorqi Antsuxelidze adına Çavuşlar Akademiyasının nümayəndələri milli qəhrəmanın ailə üzvləri ilə birlikdə Muxatqverdi Qardaşlar Məzarlığında onun xatirəsini ehtiramla yad ediblər.

Döyüş yoldaşları onun məzarı üzərinə əklil qoyublar.

Dördüncü piyada briqadasının 41-ci batalyonunun hərbi qulluqçusu, kiçik çavuş Qiorqi Antsuxelidze 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı qəhrəmancasına həlak olub.

Qiorqi Antsuxelidze I dərəcəli Vaxtanq Qorqasali ordeni, “Vətən uğrunda fədakar” idarə medalı ilə təltif edilib, ona Gürcüstanın Milli Qəhrəmanı adı verilib.

Məlumatı Müdafiə Nazirliyi yayır.

Oxşar