Gürcüstanın Milli Nəbatat Bağı İnnovativ Elm Həftəsi keçirəcək
Gürcüstanın Milli Nəbatat Bağı İnnovativ Elm Həftəsi keçirəcək

 
Gürcüstanın Milli Nəbatat Bağı İnnovativ Elm Həftəsi keçirəcək. Həftə biotexnologiya haqqında daha çox öyrənmək və bitkilərin tədqiqatında ən son nailiyyətlərlə tanış olmaq istəyənlər üçün nəzərdə tutulub.

Məlumatı Nəbatat Bağının administrasiyası yayır.

“Beş günlük intensiv proqram çərçivəsində iştirakçılar DNT-nin bitki materialından ayrılması, mikroskopla tədqiqat, arbotomdan praktik istifadə və bitki xəstəliklərinin diaqnostikasında süni intellektdən istifadə üsullarını öyrənəcəklər. Həmçinin, laboratoriyada iş üzrə praktiki təcrübə əldə edəcək, ən son texnologiyalardan istifadəni öyrənəcək və pulsuz tədris materiallarına çıxış əldə edəcəksiniz. Mart ayında başlayacaq pulsuz proqram 10-11-12-ci sinif şagirdləri, bakalavr pilləsinin 1-ci kurs tələbələri, eləcə də biologiya, texnologiya və ətraf mühitin mühafizəsi ilə maraqlanan gənclər üçün nəzərdə tutulub” – yayılmış məlumatda deyilir.