Gürcüstanın milli komandası Ermənistana qarşı oyunu "Dinamo Arena"da keçirəcək #1TVSPORT
Gürcüstanın milli komandası Millətlər Liqasının B divizionunun pley-out mərhələsində “Dinamo Arena”da Ermənistanla ev oyunu keçirəcək – bu haqda Gürcüstanın Futbol Federasiyasının baş katibi Davit Muciri jurnalistlərlə təcili görüşdə bildirib.
“Xoşbəxtlikdən “Dinamo Arena”da problemlərin bir hissəsi həll olunub və tamaşaçılar üçün yalnız 6000 yer məhdudlaşdırılacaq. Biletler haqqında məlumat daha sonra açıqlanacaq” – Muciri bildirib.
Gürcüstanın milli komandası Millətlər Liqasının 2024/25 mövsümünün B divizionunun pley-out mərhələsində ilk oyununu qonaq olaraq martın 20-də Ermənistana qarşı keçirəcək, martın 23-də isə rəqibini “Dinamo Arena”da qəbul edəcək.
Gürcüstanın milli komandası hər iki görüşdə ümumi hesabda qalib gəlsə, Millətlər Liqasının B divizionunda yerini qoruyub saxlayacaq.