Gürcüstanın mədəniyyət naziri vəzifəsini müvəqqəti olaraq Mixeil Kiknadze icra edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin 28 iyul 2026-cı il tarixli sərəncamı ilə Mixeil Kiknadze Gürcüstanın mədəniyyət nazirinin birinci müavini təyin edilib və müvəqqəti olaraq nazir vəzifəsini icra edəcək.
Bu barədə Gürcüstanın Mədəniyyət Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, Mixeil Kiknadze iqtisadçı ixtisasına malikdir və dövlət qulluğunda rəhbər vəzifələrdə uzunillik iş təcrübəsinə sahibdir.
Qeyd olunub ki, o, 2025-ci ildən Mədəniyyət Nazirliyi sistemində çalışır. Mədəniyyət nazirinin birinci müavini təyin olunmazdan əvvəl nazirliyin Daxili Audit və Monitorinq Departamentinin rəhbəri vəzifəsində işləyib.
Xatırladaq ki, Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze 28 iyul tarixində vəzifəsindən istefa verib.
Tinatin Ruxadzenin açıqlamasına əsasən, o, bu qərarı səhhətindəki problemlərlə əlaqədar qəbul edib.