Gürcüstanın mədəniyyət naziri vəzifəsini Maia Bitadze tutacaq
Gürcüstanın mədəniyyət naziri vəzifəsini Maia Bitadze tutacaq.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında brifinqdə bəyan edib.
Bitadze bu vaxtadək Parlamentin Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Komitəsinin sədri vəzifəsini tuturdu. O, 2011–2017-ci illərdə Gürcüstanın ətraf mühitin mühafizəsi naziri, 2017–2020-ci illərdə isə Tbilisi merinin müavini olub.
Məlumat üçün bildirək ki, mədəniyyət naziri vəzifəsini Tinatin Ruxadze iyulun 28-də tərk edib.