Gürcüstanın mədəni müxtəlifliyi ölkənin sərvətidir, xüsusilə ortaq dəyərlərə əsaslanan cəmiyyətin möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır
“Gürcüstanın mədəni müxtəlifliyi əsrlər boyu müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi nəticəsində formalaşıb. Bu, yalnız Gürcüstan tarixinin bir hissəsi deyil, həm də unikal mədəniyyətimizin əsas müəyyənedicilərindən biri və ölkənin sərvətidir”, — bunu Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Beynəlxalq Mədəni Müxtəliflik Günü münasibətilə bildirib.
Onun sözlərinə görə, vətəndaş bərabərliyi və inteqrasiya üzrə dövlət siyasəti mədəniyyətlərarası dialoqun dərinləşdirilməsinə və müxtəlifliyin qorunmasına xidmət edir.
“Bizim üçün qarşılıqlı hörmətə və ortaq dəyərlərə əsaslanan cəmiyyətin möhkəmləndirilməsi xüsusilə vacibdir. Belə bir cəmiyyətdə müxtəlif etnosların nümayəndələri öz mədəniyyətlərini və ənənələrini qoruyub inkişaf etdirmək, eyni zamanda ölkənin ictimai və mədəni həyatında tamhüquqlu iştirak etmək imkanına malikdirlər. Vətəndaş bərabərliyi və inteqrasiya üzrə dövlət siyasəti məhz bu məqsədlərə — mədəniyyətlərarası dialoqun dərinləşdirilməsinə və müxtəlifliyin qorunmasına xidmət edir”, — deyə Tea Axvlediani bildirib.