Gürcüstanın Kolumbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri etimadnaməsini Kolumbiya Prezidentinə təqdim edib
Gürcüstanın Kolumbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri etimadnaməsini Kolumbiya Prezidentinə təqdim edib

 

Gürcüstanın Kolumbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Braziliya şəh.) Zurab Mcedlişvili etimadnaməsini Kolumbiya Prezidenti Qustavo Petroya təqdim edib. Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, mərasim çərçivəsində keçirilən görüşdə tərəflər ölkələr arasında mövcud ikitərəfli münasibətləri və iki ölkənin daha da yaxınlaşmasına töhfə verəcək gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Gürcüstan səfiri siyasi dialoqun gücləndirilməsinə və yüksək səviyyəli ikitərəfli səfərlərin təşkilinə, eləcə də iqtisadiyyat və mədəniyyət sahələrində ölkələr arasında mövcud əlaqələrin dərinləşməsinə fəal şəkildə dəstək verməyə hazır olduğunu bildirib.

Zurab Mcedlişvili Kolumbiya tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyə görə minnətdarlığını bildirib.

Prezident sarayında keçirilən təntənəli mərasimdə həmçinin Kolumbiyanın xarici işlər naziri Rosa İolanda Vilavisensio iştirak edib.