Gürcüstanın Xarici İşlər Nazirliyi - Nyu Orleanda baş vermiş hücum bizi sarsıtdı, zorakılığın bütün formalarını qətiyyətlə pisləyirik, bu çətin zamanda ABŞ əhalisi ilə həmrəy olduğumuzu bildiririk
Gürcüstanın Xarici İşlər Nazirliyi - Nyu Orleanda baş vermiş hücum bizi sarsıtdı, zorakılığın bütün formalarını qətiyyətlə pisləyirik, bu çətin zamanda ABŞ əhalisi ilə həmrəy olduğumuzu bildiririk

 

Gürcüstanın Xarici İşlər Nazirliyi Nyu Orleanda baş vermiş və insan tələfatı ilə nəticələnən insidentdən kədərləndiyini bildirir.

Bu barədə Xarici İşlər Nazirliyi tərəfindən sosial şəbəkədə dərc edilmiş başsağlığı məktubunda qeyd olunub.

“Nyu Orleanda baş vermiş hücum bizi sarsıtdı və məyus etdi. Biz zorakılığın bütün formalarını qətiyyətlə pisləyirik və bu çətin zamanda zərərçəkmiş insanlar, onların ailələri və ABŞ əhalisi ilə həmrəy olduğumuzu bildiririk” – Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

ABŞ-da Nyu Orleanda yük avtomobilinin izdihamın üzərinə sürülməsi nəticəsində azı 10 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.