Gürcüstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən sözdə parlament və prezident seçkilərini tanımır
Gürcüstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən sözdə parlament və prezident seçkilərini tanımır, – bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.
“Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bildirir və cari ilin martın 31-də, Dağlıq Qarabağda keçirilən sözdə parlament və prezident seçkilərini tanımır.
Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin sadəcə sülh yolu və beynəlxalq prinsiplərin və normaların nəzərə alınması ilə həllini dəstəkləyir”, – deyilir Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında.