Gürcüstanın xalq müdafiəçisi Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaerti ilə görüşüb
Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani yanvarın 22-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaerti ilə görüşüb.
Xalq müdafiəçisinin mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyilir ki, görüşdə Gürcüstanda insan hüquqlarının müdafiəsi baxımından mövcud vəziyyəti, toplaşma və ifadə azadlığının müdafiə dərəcəsini, etiraz aksiyalarının dağıdılması zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tətbiq olunmuş qeyri-mütənasib güc, zorakılıq və qeyri-müvafiq rəftar faktlarını müzakirə ediblər.
Xalq müdafiəçisinin müavinləri Tamar Qvaramadze və Elene Ğuduşauri, eləcə də insan hüquqları üzrə komissarın ofisinin direktoru Cankarlo Kardinale və komissarın məsləhətçiləri Aqata Nieboi və Roemer Lemetri görüşdə iştirak edirdilər.