Gürcüstanın Katolikos-Patriarxı ilə Ümumdünya Patriarxı arasında telefon danışığı baş tutub
Gürcüstanın Katolikos-Patriarxı ilə Ümumdünya Patriarxı arasında telefon danışığı baş tutub

 

Gürcüstanın Patriarxlığının məlumatına əsasən, 2026-cı ilin mayın 17-də axşam saatlarında Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti Zati-aliləri Üçüncü Şio ilə Zati-müqəddəsləri Ümumdünya Patriarxı I Varfolomey arasında səmimi və qardaşca telefon danışığı baş tutub.

“Ümumdünya Patriarxı Zati-alilərini Gürcüstanın Pravoslav Apostol Kilsəsinin rəhbəri taxtına əyləşməsi münasibətilə ürəkdən təbrik edib, kilsənin gücləndirilməsi, Gürcüstanın və gürcü millətinin rifahı naminə ona səmərəli, dinc və uzunmüddətli xidmət arzulayıb.

Öz növbəsində Katolikos-Patriarx Üçüncü Şio Ümumdünya Patriarxına səmimi təbrik və xoş arzuları üçün səmimi təşəkkürünü bildirib.

Söhbətin sonunda Ümumdünya Patriarxı Gürcüstanın Katolikos-Patriarxını yaxın gələcəkdə Konstantinopola dəvət edib” – məlumatda qeyd olunub.