Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianı martın 22-də Sioni məbədində dəfn edəcəklər
Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianı bazar günü, martın 22-də Sioni məbədində dəfn edəcəklər.
Bu haqda Gürcüstan Ortodoks Kilsəsinin Müqəddəs Sinodunun iclasından sonra yepiskop İobi jurnalistlərə deyib.
İkinci İlianın nəşinin Patriarxal İqamətgahından Üçlük məbədinə aparılması qısa müddətdə başlayacaq.
Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia martın 17-də 93 yaşında dünyasını dəyişib.