Gürcüstanın İtaliyadakı səfirliyi Neapolda itkin düşən Gürcüstan vətəndaşının axtarışı işlər ilə bağlı məlumat yayır
Gürcüstanın İtaliyadakı səfirliyi Neapolda itkin düşən Gürcüstan vətəndaşının axtarışı işlər ilə bağlı məlumat yayır

İtaliyanın Neapol şəhərində itkin düşən Gürcüstan vətəndaşının axtarışları davam edir və Konsulluğun müraciəti əsasında İtaliyanın yerli hüquq-mühafizə orqanları artıq iki gündür ki, işə fəal cəlb olunublar, – Bu barədə Gürcüstanın İtaliyadakı Səfirliyinin “facebook” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

“Gürcüstanın Konsulluq Xidməti ilə intensiv məlumat mübadiləsi aparılır. Bundan əlavə, Konsulluq itkin düşən şəxsin ailəsi ilə daim əlaqə saxlayır.

Qeyd olunasdlr ki, Gürcüstan vətəndaşının itkin düşməsi faktı ilə bağlı Konsulluğa itkin düşən şəxsin ailə üzvü məlumat verib və həmçinin, Xarici İşlər Nazirliyinin konsulluq idarəsinə itkin düşən şəxsin ailə üzvü müraciət edib, Gürcüstanın Romadakı konsulluğu dərhal yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb”, – məlumatda deyilir.