Gürcüstanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri etimadnaməsini Lixtenşteynin vəliəhd şahzadəsinə təqdim edib
Gürcüstanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Şota Qetsadze etimadnaməsini Lixtenşteynin vəliəhd şahzadəsi Əlahəzrət Aloisə təqdim edib. Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, etimadnamənin təqdim edilməsi mərasimindən sonra keçirilən görüşdə səfir Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyə görə şahzadəyə təşəkkür edib.
Bununla yanaşı, Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Gürcüstanın strateji yeri və geosiyasi əhəmiyyətinə toxunulub, ölkədə həyata keçirilən böyük iqtisadi layihələr və digər mühüm məsələlər qeyd olunub.
“Etimadnamənin təqdim edilməsi mərasimi başlamazdan əvvəl Hökumət Sarayında səfirlə Lixtenşteynin vitse-baş naziri, xarici işlər, ətraf mühit və mədəniyyət naziri Sabine Monaun və Xarici İşlər Ofisinin direktoru Martin Frik arasında tanışlıq məqsədli görüş keçirilib. Tərəflər həm ikitərəfli, həm də çoxtərəfli formatlarda iki ölkə arasında mövcud əməkdaşlıq barədə danışıblar. Şota Qetsadze Gürcüstanın Avropa İttifaqına qoşulmağa hazır olduğunu bir daha təsdiqləyib” – Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.