Gürcüstanın İsraildəki səfirliyi - Ölkəni tərk etmək istəyənlər İsraili ya Misir, ya da İordaniya vasitəsilə tərk edə bilərlər
Gürcüstanın İsraildəki səfirliyi - Ölkəni tərk etmək istəyənlər İsraili ya Misir, ya da İordaniya vasitəsilə tərk edə bilərlər

 

Ölkəni tərk etmək istəyənlər İsraili ya Misir, ya da İordaniya vasitəsilə tərk edə bilərlər – bu barədə Gürcüstanın İsraildəki səfirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.

“İordaniya halında, vətəndaş The Yitzhak Rabin Crossing: 08:00–20:00 və ya The Jordan River crossing 09:00–16:00 sərhəd buraxılış məntəqələri ilə keçə bilər. Sərhəd-buraxılış məntəqəsinə taksi, avtobus və ya qatarla getmək mümkündür. İsraili tərk edərkən vətəndaş 122 şekel ödəyir, bu isə ölkədən çıxış rüsumudur. İordaniyaya daxil olmaq üçün viza lazımdır, bu vizanı İordaniya sərhədində ala bilərlər və qiyməti təxminən 70 ABŞ dollarıdır. Sərhəddən Əmmana taksi, avtobus, marşrut taksisi gedir. The Jordan River crossing sərhəddən Əmmanadək yol təxminən 2 saat, The Yitzhak Rabin Crossing sərhəddən Əmmanadək isə təxminən 4 saatdır. Əmmandan Gürcüstana təyyarə ilə və ya üçüncü ölkədən istifadə etməklə getmək mümkündür. Xəbərdarlıq: Bombalanma zamanı İordaniyanın hava məkanı bağlanır, narahatlıq – uzun növbə.

Misir halında, vətəndaş Taba border crossing: 24/7 sərhəd buraxılış məntəqəsi ilə keçə bilər. Eylat yaxınlığında yerləşir. Sərhəd-buraxılış məntəqəsinə avtomobil, avtobus və ya qatarla getmək mümkündür. Misirə daxil olmaq üçün viza və ərazidə hərəkət icazəsi lazımdır, Misir sərhədində ala bilərlər. Viza stikeri 25 dollar və icazə 21 dollardır.
Sərhəddən Şarm əl-Şeyxə taksi/ marşrut taksisi gedir, yol təxminən 2.30. Şarm əl-Şeyxdən Gürcüstana təyyarə ilə getmək mümkündür, birbaşa reyslər var. Narahatlıq: uzun növbə və İsrail sərhədçiləri və təhlükəsizlik zabitləri tərəfindən çoxlu suallar” – İsraildəki səfirliyin məlumatında qeyd olunur.