Gürcüstanın İsraildəki səfirliyi –Mövcud vəziyyəti nəzərə alaraq, 12 iyun tarixinə qədər qüvvədə olan vizalar 30 sentyabra qədər avtomatik uzadılacaq

20:26, 17.06.2025

İsraildəki Gürcüstan səfirliyi İsraildə yaşayan Gürcüstan vətəndaşlarına müraciət edib.

Səfirliyin yaydığı məlumatda deyilir ki, təhlükəsizlik vəziyyətinə görə İsrailin Əhali və Miqrasiya Xidməti (PIBA), 2025-ci il 12 iyun tarixinə qədər qüvvədə olan vizalara malik və İsraildə qanuni şəkildə yaşayan əcnəbilərin vizalarının 2025-ci il 30 sentyabra qədər avtomatik uzadılmasını təmin edəcək.

“Mövcud təhlükəsizlik vəziyyətindən çıxış edərək, PIBA-nın (Əhali və Miqrasiya Xidməti) bəyanatına əsasən aşağıdakı məlumatı təqdim edirik:

Təhlükəsizlik şəraiti nəzərə alınaraq, İsraildə qanuni əsaslarla yaşayan və 2025-ci il 12 iyun tarixində qüvvədə olan viza sahibləri üçün vizalar 2025-ci il 30 sentyabr tarixinədək avtomatik şəkildə uzadılacaq.

Aşağıdakı viza növləri uzadılacaq:

İş vizası, B/1 növü (ümumi);

Turist vizası, B/2 növü;

Könüllü fəaliyyət vizası, B/4 növü;

Müvəqqəti yaşayış vizası, A/1 növü;

Tələbə vizası, A/2 növü (kənd təsərrüfatında ödənişli işlə məşğul olanlar istisna olmaqla);

Din xadimləri üçün viza, A/3 növü;

Ailə üzvləri üçün müşayiətçi viza, A/4 növü;

Müvəqqəti yaşayış vizası, A/5 növü;

DCO vizası – ailə birləşməsi və humanitar yardım məqsədləri üçün.

Zəhmət olmasa nəzərə alın ki, Əhali və Miqrasiya Xidmətinə fiziki olaraq müraciət etməyə ehtiyac yoxdur,” – deyə Gürcüstanın İsraildəki səfirliyinin yaydığı məlumatda bildirilir.

Oxşar