Gürcüstanın İspaniya, Sloveniya və Vatikana yeni səfirləri təyin edilib
Gürcüstanın İspaniya, Sloveniya və Vatikana yeni səfirləri təyin edilib

 

Gürcüstanın İspaniya Krallığı, Sloveniya Respublikası və Müqəddəs Taxt-Tacda yeni səfirləri var. Bu haqda məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

Xarici İşlər Nazirliyinin məlumatında, Aleksandre Ckuaselinin Gürcüstanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edildiyi deyilir.

“O, 2003-cü ildən xarici işlər nazirliyində və Gürcüstanın diplomatik missiyalarında müxtəlif vəzifələri tuturdu. Aleksandre Ckuaseli Gürcüstanın Barselona şəhərində baş konsulu olub. Ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib” – xarici işlər nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatında, Konstantine Surquladzenin Gürcüstanın Sloveniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edildiyi deyilir.

“Konstantine Surquladze 1997-ci ildən xarici işlər nazirliyində işləyir. O, müxtəlif vaxtlarda Gürcüstanın Niderland Krallığında və İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. O, eləcə də diaspor məsələləri üzrə Gürcüstanın dövlət naziri olub. Ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib” – xarici işlər nazirliyinin məlumatında qeyd olunub.

Onların məlumatına əsasən, Davit Mekvabişvili Gürcüstanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“O, müxtəlif vaxtlarda xarici işlər nazirliyində, Gürcüstanda Qüds, Rodos və Malta Müqəddəs İohan adına Suveren Hərbi Ordeninin səfirliyində çalışıb, eləcə də Kardinal Pio Laqis Fondunun direktoru olub. O, Malta Ordeninin “Şərəf” ordeninin kavalyeri mükafatına layiq görülüb” – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.