Gürcüstanın İndoneziyadakı səfiri Tornike Nozadze etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib
Gürcüstanın İndoneziyadakı səfiri Tornike Nozadze etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib

 

Gürcüstanın İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tornike Nozadze etimadnaməsini İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantoya təqdim edib. Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Onların məlumatında, etimadnamələrin təqdim edilməsi mərasiminin Cakartada Prezident Sarayında keçirildiyi deyilir.

Mərasim çərçivəsində keçirilən görüşdə tərəflər iki ölkənin dostluq münasibətləri və işgüzar əlaqələr haqda danışıblar və müxtəlif sahələrdə əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bildiriblər.

Etimadnamələrin təqdim edilməsi mərasimindən sonra Gürcüstan səfiri yerli medianın nümayəndələri ilə Gürcüstan və İndoneziya münasibətlərinin dinamikası haqda danışıb.