Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Mariam Kvrivişvili təyin olunacaq
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Mariam Kvrivişvili təyin olunacaq

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Mariam Kvrivişvili təyin olunacaq.

Bu barədə hökumət administrasiyasında keçirilən brifinqdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

“O, hamınıza tanışdır və xüsusi təqdimata ehtiyac yoxdur. Mariam Kvrivişvili hakim partiyanın siyasi şurasının üzvüdür. İndiyə qədər iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb və burada turizm və aviasiya sahələrinə böyük uğurla rəhbərlik edib. Bu gündən onun fəaliyyət sahəsi genişlənir və əminəm ki, nazir vəzifəsində də eyni uğuru göstərəcək. Mariam Kvrivişviliyə nazir vəzifəsində uğurlar arzulayıram”, – deyə İrakli Kobaxidze bildirib.

Mariam Kvrivişvili hakim partiyanın siyasi şurasının üzvüdür, 2019–2020-ci illərdə Turizm üzrə Milli Administrasiyanın rəhbəri olub, 2021-ci ilin 24 mayından isə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Levan Davitaşvili iqtisadiyyat naziri vəzifəsindən istefa verib və bundan sonra iqtisadi məsələlər üzrə Baş nazirin baş müşaviri və iqtisadi şuranın katibi vəzifələrini icra edəcək. Levan Davitaşvili 2022-ci il fevralın 9-dan iqtisadiyyat naziri, 2021-ci il iyulun 12-dən isə Gürcüstanın vitse-premyeri olub.