Gürcüstanın Hökumət Administrasiyası - Qanunazidd mitinqdə iştirak etdiyinə və yalan bəyanatlara görə İrakli Kobaxidze Finlandiyanın xarici işlər naziri ilə görüşünü ləğv edib
Gürcüstanın Hökumət Administrasiyası - Qanunazidd mitinqdə iştirak etdiyinə və yalan bəyanatlara görə İrakli Kobaxidze Finlandiyanın xarici işlər naziri ilə görüşünü ləğv edib

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Finlandiyanın xarici işlər naziri, ATƏT-in sədri Elina Valtonenlə görüşünü ləğv edib.

Bu haqda Gürcüstan hökumətinin bəyanatında deyilir.

“Dünən qanunazidd mitinqdə iştirak etdiyinə və yalan bəyanatlar verdiyinə görə baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılan görüşünü ləğv edib” – Gürcüstan hökumətinin bəyanatında deyilir.