Gürcüstanın Hava Limanları İttifaqı Kutaisinin Beynəlxalq Hava Limanında uçuşlar haqqında məlumat yayır
Gürcüstanın Hava Limanları İttifaqı Kutaisinin Beynəlxalq Hava Limanında uçuşlar haqqında məlumat yayır

 
Qərbi Gürcüstanda əlverişsiz hava şəraitinə və güclü qar yağmasına baxmayaraq, Davit Ağmaşenebeli adına Kutaisinin Beynəlxalq Hava Limanında reyslər ləngimə olmadan, adi qaydada həyata keçirilir – bu haqda məlumatı Gürcüstanın Hava Limanları İttifaqının mətbuat xidməti yayır.

Onların məlumatına əsasən, bir az bundan əvvəl qrafikə uyğun olaraq Riqaya birbaşa uçuş həyata keçirilib. Gürcüstanın Hava Limanları İttifaqında dedikləri kimi, günün sonuna kimi daha beş reysin həyata keçirilməsi planlaşdırılır: Afina, Dortmund, Saloniki, Vnukovo, gecə saatlarında isə Əbu-Dabi istiqamətində.

Gürcüstanın Hava Limanları İttifaqının məlumatına əsasən, güclü qar yağmasına baxmayaraq, Kutaisinin Beynəlxalq Hava Limanının müvafiq xidmətləri təyyarənin buzlanma əleyhinə prosedurlarını vaxtında həyata keçirirlər. Həmçinin, uçuş-enmə zolağı və hərəkət cığırları buzlanma əleyhinə xüsusi maye ilə təmizlənir.

“Bu günə planlaşdırılmış bütün reyslər heç bir fasilə olmadan hava limanında qəbul edilir və yola salınır.

Batuminin Beynəlxalq Hava Limanı əlverişsiz hava şəraitinə görə məhdud rejimdə fəaliyyət göstərir, bu səbəbdən artıq üçüncü gündür Aleksandre Kartveli adına Batuminin Beynəlxalq Hava Limanı yerinə, Kutaisinin Davit Ağmaşenebeli adına Hava Limanı reysləri qəbul edir.
Bu gün axşam İsrailin “EL Al” aviaşirkətinə məxsus təyyarə reysi Batumi əvəzinə Kutaisinin Beynəlxalq Hava Limanına həyata keçirəcəkdi. Lakin, bir az bundan əvvəl aviaşirkət reysin ləğv olunması haqda qərar qəbul etdi” – Gürcüstanın Hava Limanları İttifaqı tərəfindən yayılmış məlumatda qeyd olunub.