Gürcüstanın Hava Limanları Birliyi “Gemo Fest” ilə əlaqədar Ambrolauri istiqamətində əlavə aviareys təyin edir

13:57, 21.08.2025

 

Gürcüstanın Hava Limanları Birliyi “Gemo Fest” ilə əlaqədar Ambrolauri istiqamətində əlavə aviareys təyin edir. Bu barədə məlumatı Hava Limanları Birliyi yayır.

Avqustun 29-30-da Ambrolauri artıq ikinci dəfə qastronomik festivala ev sahibliyi edir. “Gemo Fest” ilə əlaqədar Gürcüstanın Hava Limanları Birliyi avqustun 28-də Ambrolauri istiqamətində əlavə aviareys təyin edib.

Əlavə aviareys Nataxtaridən Ambrolaurinin yerli təyinatlı hava limanı istiqamətində və əksinə aşağıdakı cədvələ uyğun həyata keçiriləcək:

28 avqust: Nataxtari – Ambrolauri, uçuş 15:45

28 avqust: Ambrolauri – Nataxtari, uçuş 17:00

Bu mərhələdə Nataxtari-Ambrolauri istiqamətində və əksinə uçuşlar həftədə üç reys tezliyi ilə həyata keçirilir.

Məlumat üçün bildirək ki, Nataxtari-Ambrolauri istiqamətində uçuşun qiyməti 50 laridir. 0 yaşdan 3 yaşa qədər körpələr pulsuzdur, 3 yaşdan 12 yaşa qədər olan uşaqlara isə 30% endirim edilir” – Hava Limanları Birliyinin məlumatında deyilir.

Oxşar