Gürcüstanın “Qrantlar haqqında” qanununa dəyişiklik daxil edilir, cinayət məsuliyyəti müəyyən edilir, kənar lobbiçilik cəzalandırılır
Gürcüstanın “Qrantlar haqqında” qanununa dəyişiklik daxil edilir. Bu haqda parlament çoxluğunun lideri İrakli Kirtsxalia parlament çoxluğunun iclasından sonra deyib.
Kirtsxalianın izahatına əsasən, cinayət məsuliyyəti müəyyən edilir, eləcə də qrantların izahatı dəqiqləşdirilir. İrakli Kirtsxalianın bəyanatına əsasən, həmçinin kənar lobbiçilik cinayət qanunvericiliyi ilə cəzalandırılır.
“Qanunla fəaliyyəti əsasən Gürcüstanla əlaqəli məsələlərdə aktivliyi əhatə edən başqa ölkənin hüquqi şəxsi anlayışı təsbit edilir. Belə hüquqi şəxsin qrantı yalnız Gürcüstan hökumətinin əvvəlcədən razılığından sonra ala biləcəyi müəyyən edilir. Məsələn, fəaliyyətini əsasən Gürcüstanda göstərən xaricdə qeydiyyatdan keçmiş təşkilat maliyyələşmə almaq üçün Gürcüstan hökumətinə müraciət etmək məcburiyyətində olacaq. Əks halda, cinayət məsuliyyəti ilə üzləşəcək.
Qrantların izahatı dəqiqləşdirilir və müəyyən edilir ki, həmçinin pul və ya maddi formada verilən vəsait, əgər qrantı alan şəxs bunun müqabilində texnologiyaların, ixtisaslaşmış biliyin, bacarıqların, ekspertizanın paylaşılması, xidmətlərin göstərilməsi və ya digər növ dəstək formalarında texniki yardım göstərirsə qrant hesab olunur. Müvafiq olaraq, əgər xarici qüvvə Gürcüstanda pul müqabilində mütəxəssisləri işə götürərsə, bu pul qrant hesab ediləcək və bu qrantın verilməsi üçün Gürcüstan hökumətinin əvvəlcədən razılığı tələb olunacaq.
Əgər qeyri-rezident hüquqi şəxsin nümayəndəliyi, filialı, şöbəsi qrantı o cümlədən filialı olduğu hüquqi şəxsdən alırsa, bu filial qrantı almaq üçün Gürcüstan hökumətinin əvvəlcədən razılığını almalıdır. Qanun layihəsində müəyyən edilir ki, bu filial tərəfindən qrantın razılıq olmadan alınması inzibati qaydada məsuliyyətə səbəb olacaq -qanunsuz olaraq alınan qrantın məbləğinin ikiqatı miqdarında cərimə şəklində.
Cinayət Məcəlləsində həyata keçiriləsi dəyişikliyə əsasən, “Qrantlar haqqında” qanunla təsbit edilmiş edilmiş qaydaların pozulmasına görə cinayət məsuliyyəti müəyyən edilir. Müvafiq pozuntu cərimələnməyə, 300 saatdan 500 saata qədər ictimai iş və ya 6 ilə qədər müddətə azadlıqdan məhrum etməyə səbəb olacaq.
Cinayət Məcəlləsinin 194-cü maddəsinə ağırlaşdırıcı hal əlavə olunur, xüsusilə Gürcüstanda siyasi məsələlərlə bağlı fəaliyyət göstərmək məqsədilə çirkli pulların yuyulması 9 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrum etməyə səbəb olacaq.
Qanun layihəsi ilə həmçinin “Vətəndaşların Siyasi Birlikləri haqqında” Üzvi Qanunu pozacaq siyasi partiyanın vəzifəli rəhbər şəxsinə qarşı cinayət məsuliyyəti tətbiq edəcək. Xüsusilə, xarici maliyyələşdirməni alan. Müvafiq pozuntu cərimələnməyə, 300 saatdan 500 saata qədər ictimai iş və ya 6 ilə qədər müddətə azadlıqdan məhrum etməyə səbəb olacaq.
Kənar lobbiçilik cinayət qanunvericiliyinə əsasən cəzalandırılır. Xüsusilə, Gürcüstanla bağlı siyasi məsələlər üzrə fəaliyyət göstərmək müqabilində başqa bir dövlətin vətəndaşına və ya hüquqi şəxsə pul, qiymətli kağız, digər əmlak, əmlak faydası və ya hər hansı digər üstünlüklərin birbaşa və ya dolayı yolla verilməsi cərimələnməyə, 300 saatdan 500 saata qədər ictimai iş və ya 6 ilə qədər müddətə azadlıqdan məhrum etməyə səbəb olacaq” – İrakli Kirtsxalia bildirib.